Bakı. TurkicWorld:
Azərbaycan-Ermənistan arasındakı danışıqlarının sülh sazişi ilə başa çatmasına ümid edirik.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən bəyanatda bildirilib.
Məlumata əsasən, iclas zamanı Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması ilə bağlı məsələlərə də toxunulub.
Qeyd olunub ki, Türkiyə Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəсək.







