Bakı. TurkicWorld:
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Rusiya Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.
TurkicWorld-un məlumatına görə, görüş zamanı regional və qlobal hadisələrlə bağlı qiymətləndirmələr aparılıb, qarşılıqlı fikir mübadiləsi edilib.
Görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, regional və qlobal problemlərin həllində liderlər arasında güclü dialoqun və sıx əməkdaşlığın vacibliyi vurğulanıb və iki ölkə arasında ticarət həcminin liman infrastrukturlarının gücləndirilməsi, ixrac icazələrinin sürətləndirilməsi və istehsal olunan məhsullar vasitəsilə ticarətin şaxələndirilməsi yolu ilə artırılmasının vacibliyi bildirilib.
Bundan əlavə görüş zamanı, yeni layihələrlə, xüsusilə enerji, investisiyalar, turizm və Rusiya infrastrukturunun gücləndirilməsi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün də razılıq əldə olunub.
Tərəflər arasında danışıqlar zamanı o da qeyd olunub ki, Fələstin-İsrail probleminin sülh və daimi həlli üçün Türkiyə və Rusiya lazımi səyləri göstərəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_