HHQ-də buraxılış mərasimi keçirilib

HHQ-də buraxılış mərasimi keçirilib

Bakı. TurkicWorld:

Cari ilin hazırlıq planına uyğun olaraq, Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən TurkicWorld -ə bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsində bu cür kursların keçirilməsinin əhəmiyyətindən danışıb, kursu bitirənlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.