Azərbaycan parlamentariləri Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyiblər - EU Today

Azərbaycan parlamentariləri Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyiblər - EU Today

Bakı. TurkicWorld:

EU Today-in naşiri və redaktoru Geri Kartrayt yazıb ki, Azərbaycan parlamentariləri Qarabağın erməni sakinlərinin təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyiblər.

O, məqaləsində qeyd edib ki, bu yaxınlarda Azərbaycan parlamentarilərindən ibarət nümayəndə heyəti Brüsseldə olub. Fürsətdən istifadə edərək jurnalistlərlə ünsiyyətdə olub, Azərbaycanın Ermənistanla gələcək münasibətlərinə dair fikirlərini müzakirə ediblər.

“Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Tural Gəncəliyev izah etdi ki, Azərbaycan qoşunları Qarabağı azad edəndə, ordan qaçan ermənilər istəsələr geri qayıda bilərlər. Azərbaycan hökuməti qeydiyyatdan keçmək və geri qayıtmaq üçün Qarabağı tərk edən ermənilər üçün internet saytı açıb, lakin Ermənistan o sayta girişi əngəlləyib”, - müəllif qeyd edib.

Məqalədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə yer verilir. O qeyd edir ki, regionda münaqişənin həlli təkcə Azərbaycan və Ermənistanın deyil, həm də Gürcüstanın iqtisadiyyatı üçün əhəmiyyətli müsbət nəticələr verə bilər. Onun sözlərinə görə, ideya ondan ibarətdir ki, üç Cənubi Qafqaz ölkəsi potensial olaraq möhkəm vahid bazar yarada bilər.

“Azərbaycan, Gürcüstan və ola bilsin ki, Ermənistan Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Asiya və Avropanı birləşdirən Orta Dəhliz ticarət yolunun bir hissəsini təşkil edir.

V.Bayramov şərqdən qərbə gedən nəqliyyat marşrutunun həm Azərbaycan logistikası, həm də dayanıqlı sülh baxımından Ermənistana nə fayda verəcəyindən danışıb. O, bunun vaxt aparacağını etiraf edib. O, Azərbaycanın indi Gürcüstan və Türkiyəyə sərmayə qoyduğu kimi Ermənistana da sərmayə qoyacağı gələcəyi proqnozlaşdırıb”, - müəllif bildirib

Bundan əlavə, Geri Kartrayt 30 il əvvəl Ermənistanın işğalı səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan azərbaycanlılarla söhbətlərindən danışıb.

"Ürəyimdə hiss edirdim ki, onların evə qayıtma ehtimalı azdır. Amma indi geri qayıdırlar", - o əlavə edib.