ABŞ erməni təbliğat maşınının Kapitoliyə keçməsinin qarşısını almaqda aciz oldu

ABŞ erməni təbliğat maşınının Kapitoliyə keçməsinin qarşısını almaqda aciz oldu

Bakı. TurkicWorld:

ABŞ erməni təbliğat maşınının Kapitoliyə keçməsinin qarşısını almaqda aciz oldu.

Bu yaxında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr bu ölkənin qanunverici hakimiyyətinin nə qədər çürük və rüşvətləşmiş olduğunu əks etdirir.

Erməni lobbi təşkilatları Cənubi Qafqazda müharibə alovunu qızışdırır və fəal şəkildə dezinformasiya kampaniyası aparırlar.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində bu cür ictimai dinləmələrin keçirilməsi ABŞ-nin hazırki regional məsələlərlə bağlı mövqeyinin qərəzsizliyini sual altına qoyur.

ABŞ Konqresi Ermənistan hakimiyyətini səriştəsiz bürokratların idarə etdiyi faktını qəbul etməlidir.

Vaşinqton müstəqil kəşfiyyat təhlillərinə milyonlarla dollar yatırım edir. Lakin erməni təbliğat maşınının Kapitoliyə keçməsi ABŞ-nin kəşfiyyat orqanlarının Konqres üzvlərinin Ermənistanın son 33 il ərzində ABŞ-nin ən etibarlı strateji müttəfiqi olan Azərbaycana qarşı dezinfomasiya kampaniyasının qurbanına çevrilməsinin qarşısını almaqda səmərəsiz olduğunu göstərir.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın 15 noyabr 2023-cü il tarixində Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi qərəzli açıqlamalara sərt cavab verib.

"Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır", - deyə XİN-dən bildirilib

Qeyd olunub ki, 19-20 sentyabrda Azərbaycanın antiterror tədbirlərinə gətirib çıxaran son vəziyyət və hadisələrə münasibət bildirən Dövlət Departamentinin nümayəndəsi Azərbaycanın bu addımlarına səbəb olan əsas problemin, yəni beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olaraq ərazilərimizdə 10.000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb.