Azərbaycan UNESCO Proqramının Şurasına üzv seçilib

Azərbaycan UNESCO Proqramının Şurasına üzv seçilib

Bakı. TurkicWorld:

Azərbaycan UNESCO Proqramının Şurasına üzv seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi sosial şəbəkədə məlumat yayıb.

“Təbrik edirik, Azərbaycan 110 səslə UNESCO-nun İnsan və Biosfer Proqramının (MAB) Beynəlxalq Əlaqələndirmə Şurasına 2023-2027-ci illər üçün üzv seçilib”, – nümayəndəlik bildirib.

Qeyd edək ki, İnsan və Biosfer Proqramının üzvü olmağımız Azərbaycanın bu sahədə qlobal öhdəliklərinin yerinə yetirilməsi sahəsində dəstək olacaqdır. Eyni zamanda artıq mövcud yaradılması nəzərdə tutulan nominasıya dosyelərinin proqramda qəbul edilməsi və onların idarə olunmasında dəstək olacaqdır. MAB üzvü olmaq eyni zamanda digər qonşu dövlətlərlə birgə layihələrinin hazırlanması və işlənməsinə səbəbə olacaqdır.

MAB üzvü olmaq bundan əlavə Respublikamızda mövcud olan Universitetlər vasitəsi ilə bilik və bacarıqların artırılmasına səbəb olcaqdır ki, bu da gələcəkdə Respublikamızın UNESCO ilə əməkdaşlığına müsbət təsir göstərəcəkdir.