Bakı. TurkicWorld:
Azərbaycanla Argentina arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Nazirlik bu münasibətlə Argentina xalqını və hökumətini təbrik edib.
"Biz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənəcəyinə ümid edirik", - deyə paylaşımda qeyd olunub.






