Rumıniya Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir - Rumıniya XİN başçsı

Rumıniya Azərbaycan və Ermənistan arasında normallaşmanı dəstəkləyir - Rumıniya XİN başçsı

Bakı. TurkicWorld:

Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması prosesini dəstəkləyir.

TurkicWorld xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Luminita Odobescu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

"Rumıniya Avropa Şurasının prezidenti Şarl Mişel tərəfindən həyata keçirilən vasitəçilik səylərində maraqlıdır. Bizim mövqeyimiz beynəlxalq hüququn prinsiplərinə hörmət əsasında məsələnin aydın, davamlı həllidir. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması Rumıniya üçün çox vacibdir" - deyə nazir əlavə edib.