Son dəqiqə

Azərbaycan Almaniya

Azərbaycana minatəmizləmə ilə bağlı dəstək olmaq istəyirik - Almaniya XİN rəhbəri

Bakı. TurkicWorld:

Azərbaycana minatəmizləmə ilə bağlı dəstək olmaq istəyirik.

TurkicWorld xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı çıxışında deyib.

“Bu məsələdə Azərbaycana minatəmizləmə layihəsini təklif etdim. O torpaqlarda uşaqlar təhlükəsiz şəkildə oynamalıdır“,- deyə nazir əlavə edib.

Qeyd edək ki, bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.

Mövzuya görə xəbərlər