Azərbaycan XİN Nepal

Azərbaycan XİN Nepala başsağlığı verib

Bakı. TurkicWorld:

Azərbaycan Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ ilə əlaqədar başsağlığı verib.

TurkicWorld xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında qeyd edilib.

"Nepalda onlarla insanın ölümünə və xəsarət almasına səbəb olan güclü zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara şəfa diləyirik. Bu çətin günlərdə Nepal xalqı və hökuməti ilə həmrəyik", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Hindistan ilə Nepal sərhədində 6,0 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb. Xəsarət alanların sayı isə 100 nəfəri keçib.

Mövzuya görə xəbərlər