Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir

Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir

Almaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Türkiyəyə səfər edib.

TurkicWorld-un məlumatına görə, tərəflərin İstanbul şəhərində görüşü keçirilir.

Qeyd olunur ki, görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq məsələləri ilə yanaşı, Liviya, Suriya, Əfqanıstan kimi regional məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, 2005-ci ildən Almaniya kansleri olan Angela Merkel bu ilin sentyabr ayında keçirilmiş parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılmasına qədər vəzifələri icra edəcək.