Son dəqiqə

Azərbaycan İran Hikmət Hacıyev

Hikmət Hacıyev İran səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, Cənubi Qafqaz regionunda baş verən proseslər və Azərbaycan-Ermənistan sülh danışıqları müzakirə edilib.

Həmçinin, görüşdə İsrail-Fələstin münaqişəsi, eləcə də bu xüsusda islam ölkələrinin rolu barədə fikir mübadiləsi aparılıb.

Mövzuya görə xəbərlər