Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının təməli qoyulub

Tbilisidə Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının təməli qoyulub

Bakı. TurkicWorld:

Oktyabrın 27-də Gürcüstanın paytaxtında Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının təməli qoyulub.

TurkicWorld xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Gürcüstan Hökumətinin başçısı İrakli Qaribaşvili, hər iki ölkənin dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.