Baş nazir Tbilisidə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub

Baş nazir Tbilisidə Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub

Bakı. TurkicWorld:

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Tbilisi şəhərindəki Heydər Əliyev adına parkda Ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.

TurkicWorld xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.