Gürcüstan Orta Dəhliz layihəsi ilə bağlı məsələlərin həlli üçün Azərbaycanla sıx əməkdaşlıq edir - Qaribaşvili

Gürcüstan Orta Dəhliz layihəsi ilə bağlı məsələlərin həlli üçün Azərbaycanla sıx əməkdaşlıq edir - Qaribaşvili

Bakı. TurkicWorld:

Gürcüstan “Orta Dəhliz” layihəsi ilə bağlı problemləri aradan qaldırmaq üçün Azərbaycanla yaxından əməkdaşlıq edir.

TurkicWorld xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimindəki çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Orta Dəhliz ənənəvi nəqliyyat dəhlizlərinə sabit və təhlükəsiz alternativ kimi ortaya çıxıb, artıq ən qısa və ən etibarlı Şərq-Qərb nəqliyyat dəhlizlərindən birinə çevrilib.

“Hazırda biz azərbaycanlı və qazaxıstanlı həmkarlarımızla birlikdə infrastrukturu və imkanları inkişaf etdirərək, prosedurları sadələşdirərək və vahid tarif tətbiq edərək çətinliklərin aradan qaldırılması üçün sıx işləyirik”, - deyə, İ.Qaribaşvili vurğulayıb.