Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı elektron portalın təqdimatı keçirilib

Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə bağlı elektron portalın təqdimatı keçirilib

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın gedişinə onlayn rejimdə kamera və peyk xəritələri ilə nəzarət edilir.

TurkicWorld xəbər verir ki, Nazirlər Kabinetində keçirilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə görülmüş işlərin nəticələrinə həsr olunmuş iclasda Dövlət Proqramında nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin birbaşa operativ və effektiv təmini məqsədilə yaradılmış çoxfunksional interaktiv (onlayn rejimdə kamera və peyk xəritələri) Elektron Portalın təqdimatı (boyukqayidish.gov.az) keçirilib.