Bakı. TurkicWorld:
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə TurkicWorld -ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 minaatan qurğusu, 7 pulemyot, 4 avomat, xeyli sayda müxtəlif çaplı patron və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.