Son dəqiqə

Azərbaycan Fransa Qoşulmama Hərəkatı Luk Karole

Azərbaycan müstəmləkə siyasətindən danışır, digərləri isə susur - Martinikanın Azadlıq Partiyasının nümayəndəsi

Bakı. TurkicWorld:

Digərləri susduğu halda Azərbaycan müstəmləkə siyasətinin problemlərindən danışır .

TurkicWorld xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda çıxışında Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol deyib.

"Digər dövlətlər müstəmləkə siyasəti barədə susmağa üstünlük verdiyi halda Azərbaycan öz mövqeyini bildirir. Biz Bakıda toplaşmışıq və mövcud imkanlardan istifadə edərək gələcəkdə bu mövzunu BMT səviyyəsinə çıxaracağımıza ümid edirik. Qeyd etmək lazımdır ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir, sonra isə Hərəkata Uqanda sədrlik edəcək. Biz növbəti addımlarımızı diqqətlə müzakirə edərək bu problemi ictimai müzakirə olunması üçün qaldırmalıyıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edir.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Mövzuya görə xəbərlər