Zəngəzur dəhlizi Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq - Uraloğlu

Zəngəzur dəhlizi Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq - Uraloğlu

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

“İnanıram ki, Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək Zəngəzur dəhlizinin birləşdirilməsinin həyata keçirilməsi bütün Orta Dəhliz ölkələri üçün mühüm addım olacaq. Bu dəhliz çərçivəsində həyata keçiriləcək Qars-Naxçıvan Dəmir Yolu Layihəsi bütün Avropanı Naxçıvan vasitəsilə İran, Azərbaycan, Türkmənistan və Pakistana birləşdirəcək”. – deyə Uraloğlu bildirib.

Çıxış zamanı Uraloğlu qeyd edib ki, “İnkişaf Yolu” Layihəsi Türkiyəni regional münasibətlərin mərkəzində, xüsusən də Rusiya-Ukrayna münaqişəsindən sonra Avropanın yeni tərəfdaşlar axtardığı bir vaxtda yerləşdirəcək.

Hafiz Rufizoğlu