İrakli Qaribaşvili: Xalqlarımız arasında dostluğun, qardaşlığın möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var

İrakli Qaribaşvili: Xalqlarımız arasında dostluğun, qardaşlığın möhkəmləndirilməsində Prezident İlham Əliyevin böyük xidmətləri var

Bakı. TurkicWorld:

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.

TurkicWorld xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını uğurla davam etdirir.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin təməlinin dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Baş nazir deyib: “Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək, cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm”.