Bakı. TurkicWorld:
Sentyabrın 27-də Anım Günündə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, şəhidlərimizin əziz xatirəsi Bakıdakı "Təzəpir", "Heydər, "İmam Əli" məscidlərində, eləcə də, Sumqayıt, Abşeron, Şamaxı, Quba, İmişli, Zaqatala, Xaçmaz, Balakən, Qax və digər məscidlərdə dərin ehtiramla yad edilib.
Eyni zamanda, Azərbaycan Respublikasının Alban-Udi Xristian, Gürcü və Avropa Yəhudilərinin Bakı, Gəncə şəhər Yəhudi, "Gəncə şəhəri Yeddinci Günün Adventistləri" xristian, Sumqayıt yəhudiləri dini icması, Sumqayıt şəhər Alov Xristian, Sumqayıt Molokan Xristian Ruhani dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icmaları və "Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası" dini qurumu tərəfindən anım tədbirləri keçirilib.
Respublikamızdakı məscid, kildə və sinaqoqlarda keçirilən mərasimlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi yad edilib, onların ruhlarına dualar oxunub, dini ayinlər icra olunub.