Son dəqiqə

Azərbaycan Qarabağ Ermənistan Hikmət Hacıyev

Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib

Bakı. TurkicWorld:

Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə aparmaq və tibbi yardım göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası olan helikopterin daxil olması təmin edilib.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında paylaşımında qeyd edib.

"Xüsusilə yanıqların müalicəsi üçün dərmanlar və digər tibbi əşyalar göndərilib. Bundan əlavə, ərzaq yardımı da edilib. Bu gün və sonrakı günlərdə də yardımlar davam etdiriləcək", - deyə paylaşıma əlavə edilib.

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Mövzuya görə xəbərlər