Əsas məqsədimiz bölgədə sabitliyin təmin edilməsidir - Kamran Əliyev

Əsas məqsədimiz  bölgədə  sabitliyin təmin edilməsidir - Kamran Əliyev

Bir müddət əvvəl Qazaxıstanın paytaxtı, Nur-Sultan şəhərində Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirildi.

TurkicWorld-un məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Görüşdə razılığa gəlindi ki, Rusiya prokurorluğunun vasitəsi ilə əməkdaşlıq davam etsin.Bu əməkdaşlığın əsas məqsədi bölgədə, regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılmasıdır. Digər məsələlər də müzakirə olunub, qarşı tərəfin bizə müraciətləri daxil olub. Onların verdiyi müraciətlərə baxılır və araşdırılır"- deyə prokuror bildirib.