Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyəyə rəsmi səfəri başlayıb

Bakı. TurkicWorld:

Sentyabrın 11-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Bu barədə TurkicWorld-ə Müdafiə Nazirliyindən bildiriblər.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvətilə qardaş ölkəyə səfəri çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşləri keçiriləcək.

Səfər çərçivəsində hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.