Son dəqiqə

Azərbaycan İran Möhsün Pakayin

Azərbaycanın Laçın yolunda öz suverenliyini təmin etmək haqqı var – Möhsün Pakayin

Bakı. TurkicWorld:

Azərbaycanın Laçın yolunda öz suverenliyini tətbiq etmək haqqı var.

TurkicWorld-in məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Azərbaycanda Qarabağda erməni separatçılarına silah göndərmək kimi hər hansı təhlükə hiss edərsə, Laçın dəhlizini bağlaya bilər.
Pakayin bildirib ki, Laçın yolunun açılması üzrə razılaşma olsa da, bu yol Azərbaycana məxsusdur.

Sabiq səfir qeyd edib ki, Cənubi Qafqazda davamlı və ədalətli sülhün yaranması üçün ərazi bütövlüyünün tanınması əsas məsələdir.

Mövzuya görə xəbərlər