Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Gürcüstan İrakli Qaribaşvili

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı verib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.

TurkicWorld xəbər verir ki, başsağılında deyilir:

"Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Mövzuya görə xəbərlər