Bakı. TurkicWorld:
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Bakı-İrəvan münasibətlərinin normallaşmasına töhfə vermir.
TurkicWorld xəbər verir ki, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər hansı töfhədən əlbəttə söhbət getmir. Missiya Ermənistan-Azərbaycan sərhədində qarşıdurmaya əlbəttə ki, dərman olmadı. Bütün bunlar deeskalasiyanın əsas mexanizmlərindən birinin Ermənistan-Azərbaycan sərhədinin demilitasiyası üzrə ikitərəfli komissiyanın fəaliyyətinin olduğu ilə bağlı qiymətləndirməmizi təsdiqləyir. Komissiyanın uzun fasilədən sonra iyulun 12-də keçirilən dördüncü iclasını müsbət qarşılayırıq. Tərəflərə konsultativ yardım göstərməyə hazır olduğumuzu təsdiqləyirik", - o deyib.