Son dəqiqə

Azərbaycan AŞPA Sloveniya

Azərbaycan və Sloveniyanın bir-birinə təklif edə biləcəkləri var - Sloveniya Prezidenti

Bakı. TurkicWorld:

Azərbaycan və Sloveniyanın bir-birinə təklif edə biləcəkləri var.

TurkicWorld çərşənbə günü xəbər verir ki, bunu Sloveniya Prezidenti Nataşa Pirs-Musar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında deyib.

"Heç vaxt o qədər yaxşı olmur ki, daha yaxşısı mümkün olmasın. Zənnimcə bəzən hətta mənim ölkəm də özünü Avropa İttifaqı ilə məhdudlaşdırır. Lakin dünya genişdir və böyükdür. Biz dostluq və əməkdaşlığı digər ölkələrə də şamil etməliyik. Əminəm ki, Azərbaycanın Sloveniyaya, Sloveniyanın isə Azərbaycana təklif edə biləcəyi çox şey var", - o deyib.

Mövzuya görə xəbərlər