Azərbaycan XİN Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə partlayışla bağlı başsağlığı verib

Bakı. TurkicWorld:

Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi.

TurkicWorld-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.

"Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub. Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.