Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurası

Azərbaycan-Ermənistan arasında normallaşma prosesi qlobal sabitliyə də mühüm töhvə verəcək

Bakı. TurkicWorld:

Azərbaycan-Ermənistan arasında olan münasibətlərin normallaşma prosesi Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə də mühüm töhvə verəcək.

TurkicWorld-un məlumatına görə, bu Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə keçirilən ilk iclası zamanı bildirilib.

Qeyd edək ki, bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclas zamanı Suriyanın torpaq bütövlüyü və vətəndaşların ölkələrinə güvənli şəkildə geri qaytarılması, İsveçin NATO-ya üzvlüyü və Rusiya-Ukrayna müharibəsi də müzakirə edilib.

Xatırladaq ki ki, bu gün Türkiyənin Xarici İşlər naziri Hakan Fidan da ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması haqqında müzakirələr aparıb.

Mövzuya görə xəbərlər