KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi - Lavrov

KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi - Lavrov

Bakı. TurkicWorld:

Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirsəydi, bundan udardı.

TurkicWorld xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.

Xatırladaq ki, aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə KTMT missiyasını qəbul etməyə hazır olduqlarını və bu istiqamətdə müzakirələrin davam etdiyini demişdi.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada rusiyalı həmkarı ilə birgə mətbuat konfransında da qeyd etmişdi ki, KTMT missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi müzakirə olunur, layihə üzərində iş davam edir.