Bakı. TurkicWorld:
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cosep Borrell Aİ-nin Sudandakı səfiri Aidan O'Hara evində hücuma məruz qaldığını açıqlayıb.
TurkicWorld-un məlumatına görə, bu haqda Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrell bildirib.
Borrell sosial media hesabından verdiyi açıqlamada, “Bir neçə saat əvvəl AB-nin Sudandakı səfiri öz iqamətgahında hücuma məruz qalıb. Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik obyektlərin və personalın təhlükəsizliyi Sudan hakimiyyətinin əsas məsuliyyəti və beynəlxalq hüquqa əsasən öhdəliyidir” - deyə o qeyd edib.
Aidan O'Haranın səhhətinin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Məlumat üçün qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes, davam edən qarşıdurmalarda 180-dən çox insanın həyatını itirdiyini, 1800-dən çox insanın isə yaralandığını açıqlayıb.
Twitter: @rufizoglu