Son dəqiqə

Avropa Şurası Avropa İttifaqı Rusiya Ukrayna Wagner Group Baxmut

Avropa İttifaqı Vaqner Qrupunu sanksiyalar siyahısına əlavə edib

Bakı. TurkicWorld:

Avropa İttifaqı (Aİ) Rusiyanın “Wagner Group” təhlükəsizlik şirkəti və Rusiya KİV-i RİA Federal İnformasiya Agentliyi (FAN) sanksiya siyahısına daxil edib.

TurkicWorld xəbər verir ki, Avropa Şurasından verilən açıqlamada "Vaqner Qrupu" və RİA FAN-ın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini təhdid etdiyi səbəbi ilə sanksiya siyahısına əlavə edildiyi bildirilib.

Aİ-nin fevralın 25-də “Vaqner Qrupu”na bağlı 11 şəxs və 7 təşkilata sanksiya tətbiq etmək qərarına gəldiyini xatırladan bəyanatda Yevgeni Priqojinin maliyyələşdirdiyi “Vaqner Qrupu”nun Rusiyanın Ukraynaya hücumlarında fəal iştirak etdiyi, Baxmut və Soledardakı hücumlara rəhbərlik etdiyi vurğulanıb.

Açıqlamada qeyd edilib ki, rusiyalı iş adamı Proqojinin Qəyyumlar Şurasının sədri olduğu RİA FAN hökumətyönlü təbliğat və dezinformasiya yayan xəbər agentliyidir.

Məlumat üçün qeyd edək ki, Avropa Şurasının son qərarı ilə Aİ-nin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı şəxslərin sayı 1473, təşkilatların sayı isə 207 olub.

Twitter: @rufizoglu

Mövzuya görə xəbərlər