Son dəqiqə

Ermənistan

Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin olunub

BAKI,TurkicWorld

Ermənistanda Alen Simonyan ölkənin Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunub.

Ermənistan KİV-də yayılan məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Daha əvvəl hökumətin iclasında Paşinyan bildirib ki, Armen Qriqoryan sonuncu dəfə Təhlükəsizlik Şurasının katibi qismində iclasda iştirak edir. O, bu vəzifəni, demək olar ki, səkkiz il ərzində tutub.

Təhlükəsizlik Şurasının katibinin dəyişdiriləcəyi barədə bundan əvvəl Ermənistan mediasında məlumat yayılmışdı.

Mövzuya görə xəbərlər