Bakı, TurkicWorld
Frans-Press (AFP) xəbər agentliyinin yaydığı təcili məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərində bir neçə güclü partlayış səsi eşidilib.
TurkicWorld xəbər verir ki, regionda davam edən genişmiqyaslı hərbi eskalasiya fonunda paytaxt Riyadda eşidilən partlayışlar dərhal təhlükəsizlik qüvvələrini hərəkətə keçirib. Partlayışların ballistik raket hücumu, yoxsa hava hücumundan müdafiə sistemlərinin (Patriot və ya THAAD) müdaxiləsi nəticəsində baş verdiyi barədə hələlik rəsmi məlumat verilməyib. Şəhər sakinləri səmada silsilə partlayış izlərinin göründüyünü bildirirlər.







