Son dəqiqə

İran Tehran etiraz aksiyası Seyid Əli Xamenei etiraz etiraz aksiyaları

İğtişaşlarda minlərlə insan öldürülüb - Xamenei

BAKI, TurkicWorld

İranda son vaxtlarda baş verən iğtişaşlar nəticəsində bir neçə min insan öldürülüb.

TurkicWorld-un məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün (17 yanvar) Tehranda bir qrup İran vətəndaşı ilə görüşündə deyib.

“Ölkədə keçirilən dinc aksiyalar fitnəkarlar tərəfindən iğtişaşlara çevrilib və iğtişaşçılar ölkədə müxtəlif cinayətlərə əl atıblar”, - deyə o qeyd edib.

Xamenei bildirib ki, iğtişaşlar zamanı ölkədə 250-dən çox məscid dağıdılıb, 250-dən çox təhsil müəssisəsinə və sairə ictimai əmlaka, dövlət idarələrinə və sairəyə xəsarət vurulub.

İranın Ali Lideri İranda baş verən hadisələrə görə, qərb ölkələrini qınayıb.

Xamenei ölkədə məkrli planlara son qoyulduğunu deyib.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananların olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Mövzuya görə xəbərlər