Türkiyə Ermənistan Ankara İrəvan Ararat Mirzoyan

Türkiyə və Ermənistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib - Mirzoyan

BAKI,TurkicWorld

Türkiyə və Ermənistan ölkələr arasında aviareyslərin sayının artırılması barədə razılığa gəlib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan İrəvanda keçirilən forumda çıxış edib.

Mirzoyanın sözlərinə görə, reyslərin yerinə yetirilməsi üçün Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdəki "Şirak" hava limanından da istifadə olunacaq.

"Bizim Türkiyə ilə çox intensiv dialoqumuz var və biz tədricən konkret nəticələr əldə edə bilərik", -deyə Mirzoyan qeyd edib.

Mövzuya görə xəbərlər