Son dəqiqə

Ermənistan Pakistan ŞƏT Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Ararat Mirzoyan Məhəmməd İshaq Dar kommünike diplomatik əlaqələr

Ermənistan və Pakistan XİN diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıblar

Bakı. TurkicWorld:

Ermənistan və Pakistanın xarici işlər nazirləri Ararat Mirzoyan və İshaq Dar bazar günü diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.

TurkicWorld-un məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, mərasim Tiencin şəhərində ŞƏT sammiti çərçivəsində baş tutub.

Tərəflər BMT Nizamnaməsinin prinsipləri - suverenliyə hörmət, müdaxilə etməmək və dinc yanaşı yaşamaq prinsipləri əsasında əməkdaşlığı inkişaf etdirmək niyyətlərini təsdiqləyiblər. Tərəflər həmçinin 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq nümayəndələrin mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsi barədə razılığa gəliblər.

Mövzuya görə xəbərlər