Son dəqiqə

BMT İsrail Suriya İsrail ordusu Əsəd Həsən Şeybani Hava zərbələri İsrail Suriya hücumu hava hücumu hava zərbəsi

İsrail HHQ Suriyanın cənubuna zərbə endirib

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubuna zərbə endirib.

TurkicWorld-un məlumatına görə, hücum Colan təpələrinin atəşkəs xəttinin əvvəllər Suriyanın nəzarətində olan tərəfində yerləşən Taranja kəndindəki bir evi hədəf alıb. Nəticədə bir nəfər həlak olub.

Suriya Xarici İşlər Nazirliyi hücumun beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Qeyd edək ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrail BMT müşahidəçilərinin nəzarətində olan demilitarizasiya olunmuş zonanın böyük hissəsini, o cümlədən bölgənin ən yüksək nöqtəsi olan Hermon dağının zirvəsini nəzarətə götürüb. Ötən həftə Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Parisdə İsrailin strateji məsələlər üzrə naziri Ron Dermer ilə görüşərək 1974-cü il hərbi qüvvələrin ayrılması razılaşmasından sonrakı qaydalara qayıdışı müzakirə edib.

Mövzuya görə xəbərlər