Son dəqiqə

ABŞ Ukrayna Donald Tramp silah-sursat ABŞ Ukrayna müharibəsində vasitəçi rolunda ABŞ-ın Ukraynaya yardımı

ABŞ-nin Avropaya satdığı silahların Ukraynaya 10% daha baha qiymətə verildiyi açıqlanıb

BAKI, TurkicWorld

ABŞ-nin Avropa ölkələrinə satdığı silahların Ukraynaya 10% daha baha qiymətə verildiyi bildirilir.

TurkicWorld xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "Fox News" telekanalına müsahibəsində açıqlayıb.

Onun sözlərinə görə, prezident Donald Tramp hazırda bu məsələdə kifayət qədər diqqətlidir:
"Biz silahları avropalılara satırıq, onlar isə həmin silahları ukraynalılara ötürürlər. Prezident Tramp isə silahların üzərinə 10% əlavə edir. Ola bilsin ki, bu, hava hücumundan müdafiə xərclərinin bir hissəsini qarşılamaq üçündür".

Mövzuya görə xəbərlər