Son dəqiqə

NATO Almaniya Ukraynanın NATO üzvlüyü məsələsi Rusiya-Ukrayna müharibəsi və NATO Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü NATO-da Türkiyənin rolu

Almaniya NATO-nun Ukraynaya yardım təşəbbüsünə qoşulur

BAKI, TurkicWorld, Nailə Babazadə

Almaniya, NATO-nun “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” (PURL) çərçivəsində 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.

TurkicWorld xəbr verir ki, Almaniya Müdafiə Nazirliyi PURL proqramı ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Almaniya digər müttəfiqləri ilə birlikdə, ümumi dəyəri 500 milyon dollara çatan ilk genişmiqyaslı hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır.

ABŞ-ın Ukraynaya silah və sursat təmin etməyə davam etmək istəyi üçün təşəkkür ifadə olunan açıqlamada, Almaniyanın bu təşəbbüsə qoşulmaq qərarının Ukraynaya olan dəstəyi əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.

Nazirlik əlavə edib ki, Almaniya hökuməti yardımın detalları ilə bağlı NATO və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparır.

Mövzuya görə xəbərlər