Son dəqiqə

İran Livan Hizbullah Hizbullahın silahsızlaşdırılması İran Hizbullah əməkdaşlığı İran və Hizbullah dəstəyi Hizbullahın Livandakı rolu Hizbullah silahların alınması qərarı Hizbullah Livan hökuməti qarşıdurması Hizbullah İsrailə qarşı müqavimət

İran Hizbullahın tərksilah edilməsinə qarşıdır - Xameneinin müşaviri

BAKI, TurkicWorld, Səməd Əyyubov

İran Livan hökumətinin “Hizbullah”ın tərksilah edilməsinə dair qərarına qarşıdır.

TurkicWorld xəbər verir ki, bu haqda İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

“İran, şübhəsiz ki, Hizbullahın tərksilah edilməsinə qarşıdır, çünki biz hər zaman Livan xalqına və müqavimətə dəstək olmuşuq və bu dəstək davam edir” - deyə, Vilayəti qeyd edib. O, “Hizbullah”ın infrastrukturunun "hələ də çox güclü olduğunu" vurğulayıb.

“Livan müqaviməti bu gün bütün livanlıların rəğbətini və dəstəyini qazanıb. Əgər onun varlığı olmasaydı, israillilər Livana da Fələstinə etdiklərini edərdilər” - deyə, Vilayəti əlavə edib.

Onun sözlərinə görə, “Livanı qoruyan Hizbullah, amerikanın bu planlarına qarşı özünü də qoruyacaq.”

Vilayəti, İraqdakı “Həşdi-Şaabi”ni Livandakı “Hizbullah”la müqayisə edərək bildirib: “Əgər Həşdi-Şaabi olmasaydı, amerikalılar İraqı ələ keçirərdilər. Həşdi-Şaabi İraqda, Hizbullahın Livanda oynadığı rolu yerinə yetirir.”

Qeyd edək ki, iyunun 19-da ABŞ-ın təqdim etdiyi təklifdə Livandakı bütün silahların dövlət nəzarətinə verilməsi prioritet kimi göstərilmişdi.

Mövzuya görə xəbərlər