Son dəqiqə

İsrail Rusiya Vladimir Putin Benyamin Netanyahu

Putin Netanyahu ilə telefon danışığı aparıb

BAKI, TurkicWorld

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Xatırladaq ki, iyulun 28-də Putin Netanyahu ilə telefon danışığında Suriyanın ərazi bütövlüyü və suverenliyinin qorunmasının vacibliyini vurğulamışdı. O, Suriyada bütün etnik və dini qrupların qanuni hüquqlarının və maraqlarının qorunması ilə daxili siyasi sabitliyin gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdi.

O, həmçinin İranın nüvə proqramı ilə bağlı böhranın danışıqlar yolu ilə həll olunması üçün Moskvanın vasitəçilik etməyə hazır olduğunu bildirmişdi.

Mövzuya görə xəbərlər