Son dəqiqə

Rusiya

Rusiyanın iki aeroportunda uçuşlar bərpa olunub

BAKI, TurkicWorld

Rusiyanın Saratov (Qaqarin adına) və Tambov (Donskoe) şəhər hava limanlarında hava gəmilərinin enişi və qalxışına qoyulmuş məhdudiyyətlər ləğv olunub.

TurkicWorld xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) rəsmi nümayəndəsi Artyom Korenyako öz "Telegram" kanalında məlumat yayıb.

Qeyd edək ki, məhdudiyyətlər Bakı vaxtı ilə gecə 03:00-də uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə tətbiq olunmuşdu.

Mövzuya görə xəbərlər