BAKI, TurkicWorld
İranın İsfahan şəhərində ard-arda güclü partlayışlar baş verib.
Bu barədə TurkicWorld xarici KİV-lərə istinadən xəbər verir.
Bildirilib ki, İsrail İsfahanda yerləşən neft emalı zavodlarının olduğu ərazini hədəf alıb. Hazırda hadisənin dəqiq miqyası və mümkün tələfatla bağlı rəsmi açıqlama verilməyib. Partlayışlardan sonra bölgədə tüstünün buludlarının yüksəldiyi bildirilir.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.







