Son dəqiqə

İran İran vətəndaşları İsrail ordusu İsrail XİN İranın nüvə proqramı İsrail kəşfiyyatı İsrail İran hücumu İsrailin nüvə zərbəsi planı İsrail radikal siyasət

İranda internetə çıxışa məhdudiyyət tətbiq edilib

Bakı, TurkicWorld

İsrailin hava zərbələri endirməsinin ardınca İranda internetə çıxışa müəyyən məhdudiyyətlər tətbiq olunub.

TurkicWorld -in məlumatına görə, bununla bağlı İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Məlumata görə, müvəqqəti şəkildə tətbiq olunan məhdudiyyət qərarı ölkənin xüsusi şəraiti nəzərə alınaraq aidiyyəti qurumlar tərəfindən verilib.

Qeyd olunub ki, normal vəziyyət tətbiq olunduqdan sonra qeyd olunan məhdudiyyətlər ləğv ediləcək.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Mövzuya görə xəbərlər