Son dəqiqə

Rusiya Ukrayna Mariya Zaxarova Rusiya XİN

Qərb Ukraynaya koordinatlar təqdim edir - Mariya Zaxarova

BAKI, TurkicWorld

Qərb ölkələri Ukraynanın terror fəaliyyətinə dəstək verir.

TurkicWorld xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onlar koordinatları təqdim edir, çünki belə imkanlar yalnız Qərb ölkələrində və onların şirkətlərində mövcuddur” – deyə Zaxarova bildirib.

O, Qərbin Kiyevə silah tədarük edərək terror aktlarının həyata keçirilməsinə yardım etdiyini qeyd edib.

Qeyd edək ki, iyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Rusiya Federasiyasının bir neçə bölgəsinə hücum edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərində bir sıra obyektlər zərər görüb.

Sonradan məlum olub ki, Rusiya ərazilərinə edilən genişmiqyaslı hücum zamanı ABŞ-dan gətirilmiş C-4 markalı plastik partlayıcı maddələrdən istifadə edilib.

Mövzuya görə xəbərlər