BAKI, TurkicWorld
Pakistanın Baş naziri Şahbaz Şərif rəsmi səfərlə İranın paytaxtı Tehrana gəlib.
TurkicWorld xəbər verir ki, Şərif Tehranın Mehrabad Beynəlxalq Hava Limanında İranın daxili işlər naziri İskəndər Mömini tərəfindən qarşılanıb.
Səfər zamanı Pakistanın baş nazirinə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Seyid Asim Munir də müşayiət edir. O, burada İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirmək və danışıqlar aparmaq niyyətindədir.
Baş nazirin səfəri İran Prezidenti Məsud Pəzəşkianın dəvəti ilə baş tutur və ikitərəfli əlaqələr, eləcə də regional və beynəlxalq proseslər müzakirə olunacaq əsas mövzular sırasındadır.
Qeyd edək ki, bu, Şahbaz Şərifin son bir il ərzində İrana ikinci rəsmi səfəridir.







