Son dəqiqə

İran Belarus hərbi təlimlər İran Belarus hərbi əməkdaşlığı İran Belarus müdafiə əlaqələri İran Belarus təhlükəsizlik əlaqələri müdafiə sahəsində təcrübə mübadiləsi

İran və Belarus hərbi əlaqələrin genişləndirilməsinə sadiqlik nümayiş etdirib

BAKI, TurkicWorld

İran Ordusunun Komandanı briqada generalı Əbdülrəhim Musəvi və Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Nikolayeviç Kupriyanuk iki ölkə arasında hərbi və müdafiə əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində birgə iradə nümayiş etdiriblər.

TurkicWorld xəbər verir ki, görüş zamanı tərəflər təlim proqramları, təcrübə mübadiləsi və müdafiə əlaqələrinin dərinləşdirilməsi mövzusunda əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

Qeyd edək ki, İranın müdafiə naziri briqada generalı Əziz Nasirzadə 2025-ci il martın 12-də Belarusda rəsmi səfərdə olub və səfər zamanı hərbi əməkdaşlığın artırılmasının ikitərəfli münasibətlərin gücləndirilməsi baxımından mühüm addım olduğunu bəyan edib.

İran və Belarus arasında son aylarda intensivləşən diplomatik və hərbi təmaslar, iki ölkənin beynəlxalq sanksiyalar fonunda bir-birinə daha çox yaxınlaşdığını göstərir.

Mövzuya görə xəbərlər