Son dəqiqə

Marko Rubio Stiven Uitkoff

Rubio və Uitkoff mayın 16-da danışıqlarda iştirak etmək üçün İstanbula gələcəklər

BAKI, TurkicWorld

ABŞ prezidenti Donal Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, ABŞ dövlət katibi Marko Rubio ilə birlikdə mayın 16-da Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gedəcəklərini bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Xatırladaq ki, mayın 11-də Rusiya prezidenti Vladimir Putin, Kiyev hakimiyyətinə 2022-ci ildə kəsilmiş birbaşa danışıqları heç bir ilkin şərt olmadan bərpa etməyi təklif etmişdi. Danışıqlara mayın 15-də İstanbulda başlamaq təklif olunmuşdu. Öz növbəsində Ukrayna prezidenti Volodimir Zelenski də mayın 15-də İstanbula gəlmək niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Ağ Evdən ötən gün verilən məlumata görə, İstanbulda aparılacaq danışıqlarda ABŞ-ı Marko Rubio, Stiven Uitkoff və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq təmsil edəcək.

Mövzuya görə xəbərlər